12-ci Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi


5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Otel-restoran sektorunun özəl xüsusiyyətləri

Otel-restoran sektorunun özəl xüsusiyyətləri
07.04.2017

Xəbərlər

Füqan Qurbanova, “ASENA” şirkətinin satış üzrə meneceri

– “ASENA” şirkəti on beş ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Bizim şirkət otel-restoran sektoru üzrə ixtisaslaşıb. Biz “Horex Caucasus 2017” sərgisində peşəkar avadanlıqlarla yanaşı, ləvazimatlar da təklif edirik. Bizim şirkətin fəaliyyətinin əsas istiqamətləri arasında qida məhsullarının çatdırılması, camaşırxana xidmətləri, təmizlik vasitələri yer alır. Azərbaycan Avropanın iyirmidən artıq şirkətinin distribyutoru olan şirkətimiz hər il Qafqaz Beynəlxalq “Mehmanxana, Restoran və Super-marketlər üçün avadanlıq və ıəvazimatlar” sərgisində iştirak edir. Müvafiq olaraq bu günlərdə ziyarətçilər iaşə, camaşırxana və təmizlik sahələri üzrə xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər.

Bizim müştərilərimiz arasında Bakının ali təhsil müəssisələri, Azərbaycan Dövlət Musiqi Akademiyası, “Baltika” zavodu və s. yer alır. Buradakı stendimizdə şirkət avadanlıqlarının cüzi hissəsi təqdim olunur. Biz ilk növbədə ziyarətçilərə layihələrin inkişaf tendensiyası barədə məlumat veririk. Bizim şirkət perspektiv genişlənməni davam etdirir. Biz bu il iaşə sahəsi üzrə bir neçə layihəni tamamlamışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Adətən, biz “Horex Caucasus” sərgisinin sonunda tədbirin yekunlarını ümumiləşdiririk. Sərgi yeni müştərilərin potensial axtarışı üçün nüfuz kampaniyası və marketinq vasitəsi kimi faydalıdır.


Xəbərlər

Bütün xəbərlər