12-ci Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi


5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

HOREX Caucasus - İstənilən interyer üçün geniş xalça çeşidi

İstənilən interyer üçün geniş xalça çeşidi
07.04.2017

Xəbərlər

Osmanqazi Kaplan, “Natural Halı” şirkətinin meneceri

– “Natural Halı” şirkəti 2008-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. Qafqazın ən böyük xalça mağazası olan şirkətimiz bir sıra dünya ölkələrini təmsil edən alıcılar arasında populyarlıq və hörmət qazanıb. Bizim xalçalar yüz faiz təbii inqrediyentlərdən hazırlanır. Bununla yanaşı, şirkətimizdə əl ilə toxunan xalçalar üçün də xüsusi bölmə yaradılıb. Burada istənilən interyer üçün geniş xalça çeşidi və yüksək xidmətdən faydalana bilərsiniz.

Qeyd etməliyəm ki, biz sərgidə satış məqsədi ilə deyil, ölkənin maddi və mənəvi sərvətlərinin mirvarisi olan xalça sənətinin bütün gözəllik və zənginliyini nümayiş etdirməkdir. Bu məqsədlə stenddə toxuma dəzgahı quraşdırmışıq ki, insanlar xalçanın toxunma prosesini bilavasitə müşahidə etsinlər, bu sahədə öz təcrübə və biliklərini artırsınlar.

Biz ikinci ildir ki, sərgidə iştirak edirik və mən əminliklə deyə bilərəm ki, təşkilatçılıq səviyyəsindən çox razıyam. Dünən stendimizi ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bizim şirkətə və məhsullarımıza maraq göstərməsi bizim üçün böyük şərəfdir. Biz gələcəkdə də “Horex Caucasus” sərgisində iştirak etmək niyyətindəyik və ümidvarıq ki, burada öz həmkarlarımızla - xalça sənətinin peşəkarları ilə görüşə biləcəyik.


Xəbərlər

Bütün xəbərlər