Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sərgi xəbərləri

Regionda yeganə ixtisaslaşdırılmış “HOREX” - Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Beynəlxalq Sərgisi 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

Sərgi əsas etibarı ilə mehmanxana və restoran sektorunun peşəkarları üçün nəzərdə tutulub. “HOREX” sərgisi iştirakçılara yeni məhsulları nümayiş etdirmək üçün əlverişli platforma, Azərbaycan və bütünlükdə Qafqaz regionunun qonaqpərvərlik bazarında məhsul və xidmətlərin istehlakçıları və təchizatçıları arasında səmərəli və qarşılıqlı fayda verən əməkdaşlıqlar qurmaq və onları genişləndirmək baxımından isə müvafiq imkanlar təqdim edir.

 

Bu il sözügedən sərgidə Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlərin iştirak edəcəyi gözlənilir. Sərgi mehmanxanalar, restoran və supermarketlər, fitnes klubları, kafe və barlar üçün kompleks təchizat, mətbəx avadanlıqları, ticarət köşkləri, qəlyanaltı sistemi, mehmanxanalar və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar təqdim edəcək.

“HOREX” sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində xarici mütəxəssislərin iştirak etdiyi parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün peşəkar təkmilləşdirmə kursları keçiriləcək.

Azərbaycanda qonaqpərvərlik sektorunun inkişaf perspektivləri bu gün sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır. 4 il ərzində ölkədə otaqların ümumi sayı 30.706 olan müxtəlif kateqoriyalı 370 mehmanxana inşa və bərpa edilib. 2009-cu ildə təxminən 60 mehmanxananın tikintisi aparılmışdır və artıq 20 mehmanxana bu ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Hər il Azərbaycanda yeni supermarketlər açılır, ticarət, vitrin və soyuducu avadanlıqların keyfiyyəti və dizaynına olan tələblər artır. Bu gün Azərbaycanda 1,5 min müəssisə mehmanxana və restoran biznesi ilə məşğul olur. Təkcə Bakıda hal-hazırda 5.000 ictimai iaşə obyekti fəaliyyət göstərir, orta hesabla hər ay yeni “A” və “B” kateqoriyalı obyektlər açılır. 2008-ci ildən etibarən, Xəzəryanı zonada istirahət kompleksləri və mehmanxanaların intensiv şəkildə inşa edilməsi üzrə layihələr işə salınıb. Hal-hazırda Azərbaycanın rayonlarında turizm kompleksləri, o cümlədən idman meydançaları və istirahət, əyləncə mərkəzlərinin daxil olduğu beş ulduzlu mehmanxanaların inşası davam etdirilir. Bununla da, “HOREX” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələbatlarını əyani şəkildə əks etdirir. Sərginin üstünlüklərindən biri onun keçirildiyi yerdir. Belə ki, Bakı şəhəri bütünlükdə Qafqaz regionunun ənənəvi turizm və qonaqpərvərlik mərkəzi sayılır. Bu baxımdan, “HOREX Azərbaycan” sərgisi regionda sənaye mütəxəssislərinin illik görüşləri üçün yeganə bir məkan və Azərbaycanda mehmanxana avadanlıqları və xidmətləri üzrə ən yeni texnologiyaların tətbiqinə imkan yaradan tərəfdaş münasibətlərinin qurulması üçün əvəzolunmaz bir meydançadır.

bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



HOREX is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek